• cümə axşamı, 25 aprel, 21:39
  • Baku Bakı 21°C

İŞİD-in qınandığı hərəkətlərlə ermənilər fəxr edir

10.04.15 10:36 875
İŞİD-in qınandığı hərəkətlərlə ermənilər fəxr edir
Bu gün bütün dünya Yaxın Şərqdə mədəni abidələri məqsədyönlü şəkildə məhv etdiyinə görə İŞİD-i qınayır, Ermənistanda isə qədim abidələri məhv edənlərə hörmət göstərilir, abidələri ucaldılır. Bu barədə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov bəyan edib.
“Əvvəllər İrəvanda qədim şəhər - İrəvan qalası var idi, bu, Bakıdakı İçərişəhər, Tbilisidəki Nari-Kala, Moskvadakı Kremlə bənzəyən tarixi abidə idi. Rusiya imperatoru II Nikolay İrəvan qalasında Sərdar sarayının planlı şəkildə dağıdıldığını öyrənərək sarayı bərpa etmək əmri vermişdi. Lakin sonra baş verən siyasi hadisələr, bolşeviklərin hakimiyyətə gəlişi bu planların həyata keçirilməsinə mane oldu. Sonralar ermənilər sarayı İrəvan qalası ilə birlikdə yerlə-yeksan etdilər”,- deyə F.Axundov Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnsan Hüquqları İnstitutu tərəfindən təşkil edilmiş “Uydurma erməni soyqırımı: saxtalaşdırmalar və reallıqlar” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Sovet dövründə yol verdiyi belə hərəkətlər bu gün Yaxın Şərqdə İŞİD ekstremistlərinin işğal etdikləri şəhərlərdə çoxəsrlik tarixi və mədəni abidələri məqsədyönlü şəkildə məhv etməsinə dair dünya birliyini şoka salan videoyazıları xatırladır. “Bu gün bütün dünya Yaxın Şərqdə dünya mədəniyyətinə məxsus abidələri məhv edən İŞİD ekstremistlərinin mənəvi və cinayət məsuliyyətinə cəlb edilməsi barədə danışır, Ermənistan isə dünyada yeganə ölkədir ki, orada dağıdıcı memara abidə qoyulub. Söhbət memar Tamanyandan gedir, onun hazırladığı baş plan çərçivəsində orta əsrlərə məxsus İrəvan şəhəri tamamilə məhv edilib”,- deyə F.Axundov qeyd edib. “Bütün dünyada memarlara yaradıcı işlərinə görə abidələr qoyulur, Ermənistanda isə dağıdıcı memarın xatirəsi əbədiləşdirilir”,- deyə F.Axundov qeyd edib. “Ermənistan hakim dairələrinin hərəkəti İŞİD ekstremistlərinin törətdiyindən də böyük vəhşilikdir. Çünki memarlıq abidələrinin dağılması təbii fəlakətin nəticəsi deyildi, dövlət tərəfindən hazırlanmış baş plan idi və bu plan bu gün də Tamanyanın abidəsinin postamentində əks olunub”,- deyə F.Axundov vurğulayıb.
banner

Oxşar Xəbərlər