• cümə, 26 Aprel, 18:34
  • Baku Bakı 22°C

“İŞİD-in qənimi” Obamanı fakt qarşısında qoydu

27.05.15 18:30 900
“İŞİD-in qənimi” Obamanı fakt qarşısında qoydu
"İŞİD-in qorxulu yuxusu" adlandırılan, İran İslam Respublikasının Qüds Korpusunun komandanı, general Qasım Süleymani ABŞ prezidenti Barak Obamaya müraciət edərək, onu çətin suallar qarşısında qoyub.
Bakuinfo.Az dünya mediasına istinadən, iranlı generalın həmin çıxışını təqdim edir:
"Cənab Obama! Sizin əl-Əsəd limanındakı hərbi təyyarələriniz Rumadi şəhəri ilə nə qədər məsafədə yerləşir? Necə olur ki, siz "İraq xalqını müdafiə etmək" adı ilə oradasız, amma bu istiqamətdə heç bir iş görmürsüz? Sizin bu hərəkətsizliyiniz onu göstərir ki, siz İraq xalqına yardım etmək üçün yox, o xalqa problem yaratmaq üçün oradasız və orada problem yaradan qruplarla əlbirsiz. Sizin hərbi hava qüvvələriniz, təyyarələriniz orda İŞİD-ə qarşı heç bir tədbir görmür. Bu da onu göstərir ki, siz elə onlarla əlbirsiz.
Biz, əvvəla, ətrafımızda baş verənlərə, insanların kütləvi şəkildə öldürülməsinə bir insan kimi seyrçi kimi qala bilmərik. Bundan əlavə, İslam da bizə buyurur ki, bir müsəlman kafərlərin hücumuna, basqısına məruz qalsa, digər müsəlmanlar ona yardım etməlidirlər. Lakin insaniyyətlə islamiyyətdən başqa, daha bir önəmli məsələ də var ki, bu da İranın milli mənafeyidir.
Biz İraqın və başqa ölkələrin sərvətinə göz dikməmişik. Nəinki göz dikməmişik, hələ bəzi məqamlarda biz onlara yardımlar edirik.
İŞİD bir xərçəng xəstəliyi kimidir; əgər o xəstəlik bizim qonşuluğumuzdadırsa və hər an bizə də yoluxacağı ehtimalı varsa, sizcə, biz sakitcə dayanıb buna baxmalıyıqmı? Xeyr! Biz məlum problemə görə sərhədlərimizi möhkəmləndirəcək, bütün giriş-çıxışlara nəzarəti gücləndirəcəyik. Eyni zamanda, İraqa da yardım edəcəyik.
Sizdən sual edirəm: İŞİD haradan maliyyələşir? Qoy deyim: onların pulu Kərkükün və Deir ez Zorun (Suriyada neft bölgəsi) neftinin satılmasından əldə edilir. Daha maraqlı sual budur ki, onlar nefti kimə satırlar? Bilirsiz, neft biznesi kiçik məsələ deyil. Və bu biznes üçün İŞİD-in bütün imkanları, gəmilər və s. var. O zaman necə olur ki, İran İslam Respublikası qanuni dövlət olduğu halda ona sanksiya tətbiq edirsiz, ondan neft almırsız, amma özünüzün də qanunsuz olduğunu etiraf etdiyiniz bir qruplaşmadan neft də alırsız, onların törətdiyi əməllərə də göz yumursuz? Hansı ki bayaq dediyim kimi, sizin İraqdakı təyyarələr istənilən anda İŞİD-ə sarsıdıcı zərbə endirə bilərlər. Və bunu da deyim: İŞİD nefti o dövlətlərə satır ki, onların İŞİD-ə qarşı mübarizə aparmaq barədə ABŞ ilə müttəfiqlikləri var".
banner

Oxşar Xəbərlər