• cümə axşamı, 28 mart, 14:35
  • Baku Bakı 16°C

İŞİD-in neft emalı zavodları məhv edilib - Pentaqon

01.10.14 10:51 1098
İŞİD-in neft emalı zavodları məhv edilib - Pentaqon
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Washington Times” nəşrinə Pentaqonun anonim qalmaq istəyən nümayəndəsi bildirib.
Qeyd edək ki, “İslam Dövləti”nə qarşı mübarizəyə qalxan beynəlxalq koalisiyanın hava qüvvələri son günlər Suriyada qruplaşmanın nəzarətində olan neft və qaz emalı zavodlarına zərbələr güclü endirib.
Nəşrin məlumatına əsasən, hava zərbələri nəticəsində qruplaşmanın maliyyələşməsinin mənbəyi olan təxminən 20 neft emalı zavodlarından 16-sı məhv edilib. Sentyabrın 24-də ABŞ HHQ Mərkəzi Komandanlığı Suriyadakı 12 neft emalı zavodunun bombalandığını, sentyabrın 28-də isə daha 4 müəssisəyə zərbələr endirildiyni elan edib.
“Washington Times” qeyd edir ki, beynəlxalq koalisiya bundan sonra İraqda “İslam Dövləti” üçün nəzərdə tutulmuş ərzaq və dərman anbarlarını məhv etməyə çalışacaq. “Suriyada onların, əsasən, logistika qovşaqları, təchizat və maliyyə mənbələri yerləşir”, deyə Pentaqon nümayəndəsi bildirib.
banner

Oxşar Xəbərlər