• cümə axşamı, 18 aprel, 12:19
  • Baku Bakı 22°C

İŞİD döyüşçüsü Rəsul özünü Maradona kimi təqdim etdi

24.02.20 12:08 1433
İŞİD döyüşçüsü Rəsul özünü Maradona kimi təqdim etdi
Suriyada İŞİD terror qruplaşmasının tərkibində döyüşmüş Rəsul Mislayev həbs olunub.
Kaspi.az xəbər verir ki, Rəsul qaçqın kimi Albaniyaya gəlib. Orda həbs olunaraq Rusiyaya təhvil verilib. Rusiya vətəndaşı olan Rəsul 2013-cü ildə Suriyaya gedərək İŞİD-ə qoşulub.
O, İnterpol xətti ilə axtarışda olub. Rəsul həbs olunarkən özünü əfsanəvi argentinalı futbolçu Dieqo Maradona kimi təqdim edib. O, Maradonaya oxşarlığından yararlanmaq istəyib. Ancaq bu fəndi baş tutmayıb.
Rəsul Rusiyaya ekstradisiya olunub və məhkəmə qarşısına çıxarılacaq.
banner

Oxşar Xəbərlər