• cümə axşamı, 25 aprel, 08:00
  • Baku Bakı 14°C

İŞİD Davud peyğəmbərin türbəsini dağıtdı

19.08.14 10:34 1123
İŞİD Davud peyğəmbərin türbəsini dağıtdı
İslam Dövləti ("İraq Şam İslam Dövləti" – İŞİD) terror qruplaşması Hələb şəhərinin şimalında yerləşən və iyulun 14-də ələ keçirdiyi türkmən kəndi Toybukda həzrəti Davud peyğəmbərin türbəsini buldozerlərlə dağıdıb.
Bu barədə “Al Jazeera” xəbər yayıb.
Qruplaşma üzvləri türbə ətrafında yerləşən və ziyarətçilərin namaz qıldıqları məscidi də dinamitlə partladaraq, məhv ediblər. Həzrət Davud (ə.) adına inşa edilmiş türbənin tikildiyi tarix məlum deyil.
Qeyd edək ki, İŞİD terror qruplaşması bundan əvvəl isə Suriyanın Qamışlı bölgəsində Naqşibəndi təriqətindən olan şeyxlərin türbələrini bombalamışdı./apa/
banner

Oxşar Xəbərlər