• cümə, 29 Mart, 11:47
  • Baku Bakı 5°C

İŞİD bayrağı Türkiyə sərhədində - Şok

05.07.14 08:48 1180
İŞİD bayrağı Türkiyə sərhədində - Şok
İŞİD üzvləri Suriyanın Hələb şəhərinin Karablus qəsəbəsindəki nəzarət nöqtəsinə öz bayraqlarını asıblar.
İŞİD və Demokratik Birlik Partiyası (PYD) silahlıları arasında Karablusun Zormağara kəndində atışmalar ötən gün də davam edib. İŞİD üzvləri ağır silahlardan da istifadə olunduğu döyüş nəticəsində kəndi ələ keçirib. Kənddəki nəzarət məntəqəsinə isə terror təşkilatının bayrağı asılıb.
Bayraq Türkiyə ərazisindən də aydın görünür. Bu arada isə sərhəddəki döyüşlərdən qaçan 200-ə yaxın suriyalı Türkiyəyə sığınıb. Türkiyə tərəfi sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib./apa/
banner

Oxşar Xəbərlər