• cümə, 26 Aprel, 19:29
  • Baku Bakı 22°C

İsgəndər Həmidovdan millət vəkilinə ittiham

09.05.13 12:22 2051
İsgəndər Həmidovdan millət vəkilinə ittiham
“1992-ci il sentyabrın 9-u və oktyabrın 6-da türmə və əmək müəssisələrində cəza çəkən vətənpərvər məhbusların cəzalarını çəkmədən, vaxtından əvvəl cəzadan azad edib, təcili cəbhə bölgəsinə göndərilmələri haqda deyilənlər tamamilə iftiradır, başdan-ayağa yalandır”. Bunu Moderator.az-a sabiq daxili işlər naziri İsgəndər Həmidov millət vəkili Əli Hüseynlinin AXC hakimiyyəti dövründə Milli Məclisin qərarı olmadan cəzasını çəkməkdən azad edilib cəbhəyə göndərilən 701 nəfər məhbuala bağlı mətbuata verdiyi açıqlamanı şərh edərkən deyib.
Onun sözlərinə görə, həmin dövrdə prezidentin səlahiyyətində olan Müdafiə Komitəsinin qərarı ilə məhbuslar müdafiə nazirliyinə təhvil veriliblər: “701 nəfər məhbus cəzadan azad olunaraq, 123 alayın dislokasiyasına verilib. Daha sonra onlara hərbi geyim, silah-sursat verilərək, əməkhaqqı ayrılıb. Onlardan bir neçəsi ağır döyüşlər zamanı şəhid olub. Hətta ikisi Milli Qəhrəman adına layiq görülüb. Əli Hüseynli getsin pulunu yığsın. Bu adamlardan 17 nəfəri Şəhidlər Xiyabanında uyuyur. Həmin şəxslər Yevlaxda hərbi hissələrə təhvil veriliblər. Tutaq ki, onları mən azad etmişəm, əgər bu dövlət tədbiri olmasaydı, müdafiə naziri onları qəbul edərdimi? Bu insanların hamısı qəhrəmancasına vuruşublar. Həmin şəxslər könüllü olaraq döyüşə getmək üçün müraciət etmişdilər. Həmin müraciətə də müdafiə komitəsinin iclasında baxılıb, razılıq verildikdən sonra qərar verilib. Bu cür qərarlar müharibə gedən dövlətlərin təcrübəsində həmişə olub. Əli Hüseynli nə danışır, özü bilər. Həqiqət isə söylədiklərimdir. Əslində, Əli Hüseynli görəsən, özü əsgərlikdə olubmu? Soruşmaq istəyirəm ondan. Hansı hərbi hissədə qulluq edib. Bunu yoxlayacam. Kimin şübhəsi var, istəyir gəlsin Şəhidlər Xiyabanında 17 məzar göstərim onlara. Həmin insanları hərbi hissələrə o zaman Məmməd Zeynaov təhvil vermişdi. Sənədlər var. Onlar necə gəldi, açlıb buraxılmayıblar. Hərbi hissələrdə qeydiyyata alınıblar. Həmin şəxslərin əksəriyyəti qarabağlılar idi. Döyüşlərdə yaralanıb əlil olanları da var. Sonralar dustaqların döyüş bölgəsdinə aparılmasıyla bağlı mənim və Məmməd Zeynalovun haqqında həbs qəti-imkan tədbiri görüldü. Lakin Avropa İnsan Haqları Məhkəməsi bizi siyasi məhbus elan elədi. Əli Hüseynliyə sual vermək istəyirəm, onlardan birinin adını çəksin ki, Azərbaycanda ağır cinayət törədib. Yəqin amnistiya hazırlanır, ona görə bu kişi də məsələləri siyasiləşdirir. O uşaqlar qanlarıyla yudular çəkəcəkləri cəzanı. Sağ qalanlar müharibədən sonra geri qayıdıb cəzalarının yerdə qalan hissəsini çəkdilər”-, deyə o bildirib.
banner

Oxşar Xəbərlər