• cümə, 29 Mart, 14:06
  • Baku Bakı 14°C

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirib

21.08.18 21:15 1011
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirib
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Şabran, Xaçmaz, Quba və Qusar rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirib.
Bu barədə Trend-ə komitə sədri Tural Hüseynov məlumat verib.
T.Hüseynovun sözlərinə görə, komitə əməkdaşları monitorinq zamanı saxlanma yerlərində saxlanılan şəxslərlə fərdi görüşlər keçirib və onların saxlanma şəraitləri ilə maraqlanıb: "Quba rayon Polis Şöbəsinin saxlanma yeri əsaslı təmir olunub, Qusarda da normal şərait var, Xaçmaz rayon Polis Şöbəsi üçün yeni bina inşa edilir. Ümumilikdə 4 polis şöbəsində saxlanma yerləri qənaətbəxş idi. Saxlanılan şəxslərlə fərdi söhbət apardıq onların saxlanma şəraitləri ilə maraqlandıq. Saxlanılan şəxslər saxlanma şəraitlərindən narazılıq etmədilər və bildirdilər ki, saxlanıldıqları müddətdə heç bir işgəncə və təzyiqlərə məruz qalmayıblar, onlarla pis rəftar olmayıb. Monitorinqdə mən, komitə sədrinin müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov iştirak etmişik".
banner

Oxşar Xəbərlər