• cümə axşamı, 25 aprel, 04:22
  • Baku Bakı 19°C

ISESCO Qüdsü 2019-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edib

11.01.19 10:51 637
ISESCO Qüdsü 2019-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edib
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) Qüds şəhərini 2019-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edib.
AZƏRTACISESCO-nun rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Mərakeşin paytaxtı Rabatda keçirilən mətbuat konfransında bildirib ki, 2019-cu ildə elan olunmuş İslam Dünyası Mədəni İrsi İli çərçivəsində Qüdsdə müsəlman irsinin qorunması istiqamətində tədbirlər həyata keçiriləcək. Baş katib təşkilata üzv ölkələrin müvafiq strukturlarına müraciət edərək onları bu prosesdə fəal iştirak etməyə çağırıb. Bu kontekstdə İslam ölkələrində Qüdsə həsr olunmuş Mədəniyyət Həftələrinin keçirilməsi tövsiyə edilib.
banner

Oxşar Xəbərlər