• çərşənbə axşamı, 23 aprel, 11:22
  • Baku Bakı 20°C

ISESCO-nun baş direktoru Azərbaycan prezidentini təbrik edib

23.04.18 13:25 509
ISESCO-nun baş direktoru Azərbaycan prezidentini təbrik edib
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycan prezidentiİlham Əliyevə təbrik ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrikdə deyilir: "Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Gözəl ölkənizdə əldə etdiyiniz misilsiz nailiyyətlərə görə Sizi təbrik etməkdən şərəf duyur və Qüdrətli Allahdan xalqınızın daha böyük tərəqqi arzularını yerinə yetirmək üçün ali dövləti vəzifənizdə böyük uğurlar diləyirəm”.
banner

Oxşar Xəbərlər