AZE | RUS | ENG |

İşə düzəlməklə bağlı 51 min nəfərədək müəllim müraciət edib

İşə düzəlməklə bağlı 51 min nəfərədək müəllim müraciət edib
Təhsil sahəsində yaradılan əlverişli şərait, təhsil işçilərinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər müəllim peşəsinə marağı daha da artırıb. İşə düzəlməklə bağlı bu il Təhsil Nazirliyinə 51 min nəfərədək müəllim müraciət edib. Müraciətlərin sayı əvvəlki illərlə müqayisədə 3 dəfədən çox artıb. Artıq 10 min müəllimlə müqavilələr bağlanılıb. Onların əksəriyyəti gənc müəllimlərdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini İdris İsayev Qaxda jurnalistlərə müsahibəsində məlumat verib.
Təhsil sistemində yenilənmə prosesinin həyata keçirildiyini, təhsilin həm maddi-texniki, eyni zamanda, normativ-hüquqi bazasının, standartlarının tamamilə yeniləndiyini vurğulayan nazir müavini peşə təhsili sahəsində də ciddi islahatların həyata keçirildiyini bildirib. İdris İsayev deyib: "2018-ci ildə "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Düşünürəm ki, orta məktəbləri bitirən məzunlar peşə yönümü istiqamətini düzgün seçəcək, peşə məktəblərinə üz tutacaq, təhsil əldə edəcəklər. Dünya ölkələrində məzunların təxminən 50-60 faizi məhz peşə təhsili müəssisələrinə üz tutur. Bizdə də bu göstəriciyə nail olmaq imkanı var”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873