• çərşənbə, 24 Aprel, 08:38
  • Baku Bakı 13°C

İşçilərinə qarşı dələduzluq edən baş redaktorun məhkəməsi olub

27.02.18 13:40 608
İşçilərinə qarşı dələduzluq edən baş redaktorun məhkəməsi olub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməkdə ittiham olunan "Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
APA-nın məlumatına görə, hakim Eldar İsmayılov sədrlik etdiyi iclasda şahidlər ifadə verib.
İclasda iştirak edən G. İsmayılovun həyat yoldaşı isə azyaşlı övladını məhkəmədə qoyub getmək istəyib. O, bildirib ki, əri həbsdədir, iki uşaqla tək qalıb və onlara baxa bilmir. O, G. İsmayılovun həbsdən azad edilməsini istəyib.
Proses martın 6-da davam edəcək.
İttihama görə, Gündüz Hüseynov öz işçilərinə qarşı dələduzluq edib. O, jurnalistlər binasından onlara mənzil veriləcəyini vəd edərək, 200 min manatdan artıq pulu dələduzluqla almaqda ittiham olunur.
Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.
"Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.
banner

Oxşar Xəbərlər