• cümə, 29 Mart, 17:39
  • Baku Bakı 14°C

İşçi qrupunun iclası keçiriləcək

03.10.18 13:15 458
İşçi qrupunun iclası keçiriləcək
Sabah Moskvada "Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda yüksək gərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi, "Samur” çayının hidroenergetik resurslarının öyrənilməsi, Rusiyanın "Vahid Enerji Sisteminin Sistem Operatoru” SC ilə "Azərenerji” ASC arasında əməkdaşlıq, iki ölkə arasında rabitə kanallarının təkmilləşdirilməsi və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.
Azərbaycan tərəfdən işçi qrupuna nazir müavini Natiq Abbasov, Rusiya tərəfdən isə bu ölkənin energetika nazirinin müavini Anatoli Yanovski başçılıq edir.
banner

Oxşar Xəbərlər