AZE | RUS | ENG |

İşçi qrupun yekun kommünikesi qəbul edilib

İşçi qrupun yekun kommünikesi qəbul edilib
Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair İşçi Qrupunun 52-ci yekun iclasının kommünikesi qəbul edilib.

Trend-in məlumatına görə, işçi qrupun yekun 52-ci iclası Aktauda keçirilib.

Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib.

XİN-nin məlumatında deyilir: "İclasın gedişində tərəflər Beşinci Xəzər sammitinin sənədlərini hazırlamaq üzrə işləri yekunlaşdırıblar, eləcə də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün gündəliyini müzakirə edib və razılaşdırıblar. Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair danışıqlar prosesinin başa çatması ilə əlaqədar tərəflər çoxillik birgə iş zamanı əldə etdikləri nəticələri böyük məmnuniyyətlə qeyd ediblər. Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirərək, Qazaxıstana yekun görüşün yüksək səviyyədə təşkil edilməsi üçün təşəkkürlərini bildiriblər".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6321
GBP 1 İngilis funt sterlinqi 2.2216
TRY 1 Türk lirəsi 0.3012
KWD 1 Küveyt dinarı 5.6036
SEK 1 İsveç kronu 0.1892
EUR 1 Avro 1.9570
CHF 1 İsveçrə frankı 1.7059
USD 1 ABŞ dolları 1.7000