• cümə, 19 Aprel, 21:52
  • Baku Bakı 24°C

İşğaldan azad olunan ərazilərə investisiyaların yatırılması iqtisadi artım üçün geniş imkanlar açır

06.01.21 20:30 439
İşğaldan azad olunan ərazilərə investisiyaların yatırılması iqtisadi artım üçün geniş imkanlar açır
Azərbaycan iqtisadiyyatının illik 7 faiz artım dinamikasına çıxması üçün tam şəkildə imkan formalaşıb. Belə ki, iqtisadiyyatda təkrar istehsalın bütün komponentləri üzrə milli iqtisadiyyatımızın artım potensialı mövcuddur.
Kaspi.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Elşad Məmmədov deyib.
O qeyd edib ki, ölkədə istehsal güclərinin daha da yüklənməsi üçün potensial var, eyni zamanda, əmək resursları baxımdan demoqrafik vəziyyətin məqbul olmasını qeyd etmək lazımdır. Təbii resursların təxminən 80 faizi xammal şəklində ixrac olunur. Bu da emal nöqteyi-nəzərdən potensial imkanlar açmaqdadır. İntellektual potensial baxımından Azərbaycanda kifayət qədər böyük artım imkanları mövcuddur.
"Bütün təkrar istehsal komponentlərinin əlaqələndirilməsi üçün investisiya artımına ehtiyac var. Pul-kredit siyasətinin yumşaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi bu potensial imkanların reallaşması üçün şərait yarada bilər. Regional iqtisadi inteqrasiya ilə bağlı perspektivlər, idxalın əvəz olunması yerli məhsulun satış bazarının genişlənməsi baxımından ölkəmiz üçün böyük potensial imkanların olmasını göstərir. Hesab edirəm ki, bu imkanların reallaşdırılması iqtisadi artımın illik 5-7 faizlik göstəricilərlə qeyd olunması üçün şərait formalaşdırmış olur. Həmçinin işğaldan azad olunan ərazilərin bərpası, həmin ərazilərdə infrastruktur layihələrinin reallaşdırılması ilə bağlı, eyni zamanda, bu bölgələrə qabaqlayıcı şəkildə özəl investisiyaların yatırılması ilə əlaqəli proseslər ölkədə iqtisadi artım üçün bir qədər də geniş imkanlar açır. Düşünürəm ki, milli iqtisadiyyatımızın illik 5-7 faizlik artım formatına çıxması üçün obyektiv imkanlar mövcuddur”, - deyə E.Məmmədov diqqətə çatdırıb. (Azərtac)
banner

Oxşar Xəbərlər