• şənbə, 20 Aprel, 20:13
  • Baku Bakı 24°C

İşğaldan azad olunan ərazilərə dəyən ziyanın hesablanmasına başlanılıb

07.01.21 13:08 356
İşğaldan azad olunan ərazilərə dəyən ziyanın hesablanmasına başlanılıb
İşğaldan azad olunan ərazilərdə dəyən ziyanın hesablanması bu işlərin planlaşdırılması və metodoloji nöqteyi-nəzərdən vahid əsası təşkil edilib.
"APA-Economics” xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, gələcəkdə məhkəmə təzminatlarının, məhkəmə proseslərinin aparılmasını nəzərə alaraq, bu iş vahid metodoloji əsasda qurulur.

"Paralel olaraq həm yerli qiymətləndirici şirkətlərin, dövlət müəssisələrinin burada, ilk növbədə, Əmlak Məsələləri Xidmətinin kompetensiyaları çərçivəsində, özəl sektorun cəlb edilməsi və digər aidiyyəti dövlət orqanları ilə birlikdə hər bir istiqamət üzrə bu fəaliyyətin həyata keçirilməsinə başlamışıq. Bu prosesin ilkin mərhələsində indiyə qədər keçirilmiş ayrı-ayrı qiymətləndirmələrin və tədqiqatların ümumiləşdirilməsi, təhlili və paralel olaraq ərazilərə təhlükəsiz çıxışın təmin edilməsi ilə birlikdə artıq həmin qiymətləndirilmələrin yerində aparılması həyata keçirilir”, - deyə M. Cabbarov qeyd edib.
Nazir əlavə edib ki, burada xüsusilə dağ-mədən yataqlarına dəyən zərərin qiymətləndirilməsində xeyli irəliləyişlərə nail olunub.
"Bu fəaliyyəti artıq bir neçə ildir ki həyata keçiririk və hazırda dəqiqləşmə işləri aparılır. Çünki bizim həmin yataqlara artıq fiziki çıxışımız da var. Analoji olaraq dağıdılmış mülkiyyət, torpaq istismarı, istər dövlət mülkiyyəti, istərsə də özəl mülkiyyət üzrə təbii sərvətlərə dəymiş zərər kimi istiqamətlərdə fəaliyyət həyata keçirilir”, - deyə M. Cabbarov qeyd edib.
Nazir əlavə edib ki, qeyd olunan vahid metodologiyanın tətbiqində Azərbaycana dəstək verən xarici məsləhətçilərin yanvar ayında səfəri nəzərdə tutulub.

banner

Oxşar Xəbərlər