• cümə axşamı, 28 mart, 21:45
  • Baku Bakı 13°C

İşğalçı dövlətin faşist və terrorçu mahiyyəti dəyişmir

06.06.20 10:30 551
İşğalçı dövlətin faşist və terrorçu mahiyyəti dəyişmir
Ermənistanda hakimiyyət dəyişsə də, işğalçı dövlətin faşist və terrorçu mahiyyəti dəyişmir.
Bu fikri Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Ermənistan hakimiyyətinin və təcavüzkarlığı, separatizmi təbliğ edən erməni millətçilərinin faşizm ideologiyasından qidalanması nəinki postsovet ölkələrinə, bütövlükdə dünya ictimaiyyətinə məlumdur: "Bununla bağlı çoxsaylı faktlar mövcuddur. Bu reallığın bariz nümunələrindən biri işğalçı Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən İkinci Dünya Müharibəsində faşizmə xidmət etmiş Njde ləqəbi ilə tanınmış Qaregin Ter-Arutyunyana İrəvanın mərkəzində heykəl qoyulmasıdır".
Millət vəkilinin sözlərinə görə, bütün beynəlxalq kürsülərdən Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzərinə çatdıran Prezident İlham Əliyev "Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında da Ermənistanın terrorçu mahiyyətini ifşa edərək reallıqların nədən ibarət olmasını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
"Təəssüf ki, Ermənistanda hakimiyyətin faşist mahiyyəti dəyişməz olaraq qalır. Prezidentimizin qeyd etdiyi kimi, vaxtilə Ermənistanın Tərtər şəhərində, Ağdamın kəndlərində dinc əhalini bombalaması faşizmin təzahürüdür. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Ermənistanda isə insanlar dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşist Njdeyə 6 metrlik abidə ucaldırlar. Bugünkü Ermənistan rəhbərliyi faşist Njdeni "qəhrəman” kimi təqdim edir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır” - deyə, S.Fətəliyeva vurğulayıb.
banner

Oxşar Xəbərlər