AZE | RUS | ENG |

İşğal edilmiş ərazilərimiz barədə qanun layihəsi hazırlanıb

İşğal edilmiş ərazilərimiz barədə qanun layihəsi hazırlanıb
Bundan sonra Azərbaycanın işğal olunmuş ərazilərində istənilən ölkənin vətəndaşına dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanunda nəzərdə tutulub. Qanunun 8-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, “İşğal edilmiş ərazilərdə yaşayan, həmin ərazilərdən köçkün düşmüş Azərbaycan vətəndaşlarına, vətəndaşlığı olmayan şəxslərə, eləcə də bu qanunun tələblərinə uyğun şəkildə işğal edilmiş ərazilərə gedən xarici ölkə vətəndaşlarına dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə görə bütün məsuliyyət hərbi təcavüzü həyata keçirən Ermənistan Respublikasının üzərinə düşür”. Qanunun bu yaxınlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8964
GEL 1 1 Gürcüstan larisi 0.6134
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1611
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.6801
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2805