• cümə, 19 Aprel, 22:30
  • Baku Bakı 24°C

İsa Qəmbərə etiraz

01.05.14 16:23 1062
İsa Qəmbərə etiraz
Müsavat partiyasının başqanı İsa Qəmbərin aclıq aksiyasının dayandırılması ilə bağlı NİDA-çı gənclərə çağırışı onların valideynləri tərəfindən birmənalı qarşılanmayıb. Redaksiyamızla əlaqə saxlayan NİDA-çı gənclərdən birinin anası (adının və oğlunun adının açıqlanmamasını xahiş edib – red.) bildirib ki, övladlarının hüquqlarının müdafiəsi məsələsində Müsavat başqanından daha fəal mövqe gözləyirdilər:
- Bizim nə siyasi təşkilatımız, nə xariclə əlaqəmiz, nə də hakimiyyətlə mübarizə apara biləcək halımız var. Uzaq başı övladlarımızın yanında olmaq, onlara dəstək verə bilərik ki, bunu da edirik. Uşaqlarımıza qoşulub aclıq aksiyası da keçirdik. Amma nə faydası? İsa Qəmbər isə yalnız quru bəyanatlar verməklə kifayətləndi. Müsavat, İsa Qəmbər bu gəncləri qorumaq üçün bacardığının heç üçdə birini etmədi. Niyə? Axı bizim balalarımızın belə hala düşməsində onların da günahı az deyil. Nəyə görə İsa bəyin oğlu Turqut azadlıqda qaldı? Axı o, NİDA-nın rəhbərlərindən biridir. Yəqin ki, hakimiyyətlə razılaşıb bizim uşaqlarımızı bada verdi, öz oğlunu isə qorudu. Bu haqsızlığı nə bu iqtidara, nə də Müsavata bağışlamayacağam.
Olaylar İA
banner

Oxşar Xəbərlər