İsa Qəmbər restorana getməməsinin səbəblərini açıqladı

İsa Qəmbər restorana getməməsinin səbəblərini açıqladı

Təfsilat
11 Dekabr 2012, 12:16 1270
Müsavat Partiyası başqan İsa Qəmbərin müxalifət liderlərinin “Asiman” restoranında keçirilən görüşündə iştirak etməməsinə aydınlıq gətirib. Partiyanın başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında bildirib ki, Müsavat başqanı bu görüşə vahid namizəd məsələ ilə bağlı müzakirələrə görə qatılmayıb.

“İsa Qəmbər bu haqda öz fikrini bildirib. Başqanın sözlərinə görə, onu dəvət edəndə deyiblər ki, müxalifətin vahid namizəd məsələsi müzakirə olunacaq. İsa bəy isə vahid namizədin müəyyən olunması istiqamətində danışıqların vaxtının yetişmədiyini bildirib”,- deyə partiya funksioneri qeyd edib.

Qeyd edək ki, paytaxtdakı “Asiman” restoranında keçirilən görüşdə ADP sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimli, Ümid partiyasının rəhbəri İqbal Ağazadə, ALP sədri Əvəz Temirxan, VİP sədri Əli Əliyev, AMİP sədri Yusif Bağırzadə, KXCP sədri Mirmahud Mirəlioğlu və Ziyalılar Forumunun üzvü Rafiq Əliyev iştirak ediblər.