• çərşənbə axşamı, 23 aprel, 18:30
  • Baku Bakı 20°C

İsa Qəmbər bir müddət həkim nəzarəti altında olmalıdır

17.01.18 15:50 807
İsa Qəmbər bir müddət həkim nəzarəti altında olmalıdır
"İsa Qəmbər kardioreanimasiyadan terapiya şöbəsinə köçürülüb. İnfarkt keçirdiyi üçün hələ həkim nəzarəti altında olmalıdır”.
Bunu APA-ya açıqlamasında Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov deyib.
Həkim bildirib ki, İ. Qəmbərin səhhəti yaxşıdır: "Danışır, yavaş-yavaş gəzməyə başlayıb. Evə nə vaxt buraxılacağı barədə isə konkret söz deyə bilməyəcəyəm”.
F. İbrahimov qeyd edib ki, sabah konsilium keçiriləcək və İ. Qəmbər növbəti dəfə müayinə olunacaq.
Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri,Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib. Onun ürəyinə bir neçə stent yerləşdirilib.
banner

Oxşar Xəbərlər