AZE | RUS | ENG |

İsa Həbibbəyli: Qafqaz ölkəsi olaraq yaşadığımız regionu dərindən öyrənməliyik

İsa Həbibbəyli: Qafqaz ölkəsi olaraq yaşadığımız regionu dərindən öyrənməliyik
Qafqazşünaslıq elmi həm regionu, həm də dünyanı düşündürən suallara cavab axtaran elm sahəsidir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. O bildirib ki, Qafqaz ölkəsi olaraq yaşadığımız regionu, burada baş verən prosesləri dərindən öyrənməliyik. Prezident İlham Əliyev deyib: "Biz dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəsinə endirək”.
"AMEA-nın Qafqazşünaslıq İnstitutu bu sahədə mühüm işlər görür. Belə ki, institutda həm tədqiqatlar aparılır, həm də bu sahədə aparılan araşdırmalar sistemləşdirilir. Bu gün institut tərəfindən təşkil olunan forum Azərbaycan qafqazşünaslıq elmində atılan təqdirəlayiq addımdır. Ümid edirəm ki, forum qafqazşünaslıq elminin inkişafına müsbət təsir göstərəcək”, – deyə alim qeyd edib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892