• çərşənbə, 24 Aprel, 06:48
  • Baku Bakı 13°C

İş adamının müəmmalı intiharını azyaşlı aşkarladı

16.09.13 15:37 1403
İş adamının müəmmalı intiharını azyaşlı aşkarladı
Bakının Sabunçu rayonunda intihar olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Ramana qəsəbəsində 45 yaşlı Nəcəf Xanquliyev özünü asıb. Onun meyiti yaşadığı evin həyətində şərflə ağacdan asılmış vəziyyətdə aşkarlanıb.
Biznesmenin intiharı istintaqçılarda da sual yaradıb. Nəcəf Xanquliyevin özünü hündür söyüd ağacından necə asması maraq doğurur.
Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən Milli.Az əldə edib ki, dəmir biznesi ilə məşğul olan N.Xanquliyevi səhər saatlarında yaşadığı evin həyətindəki söyüd ağacından asılmış vəziyyətdə azyaşlı uşaq görüb.
Həyətdə oyuncaq maşını sürən uşaq söyüd ağacında meyitin havada yelləndiyini görüb. Qaçıb evdəkilərə məlumat verib. Bahalı maşını, ikimərtəbə evi olan N.Xanquliyevin özünü öldürməsində heç bir səbəb məlum deyil. Xəstəliyi də olmayan mərhumun avtomobilində cəmi bir neçə allergiya əleyhinə dərman tapılıb.
Qarabağ müharibəsi əlili olan N.Xanquliyev əvvəllər karete idman növü ilə məşğul olub. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər