• cümə axşamı, 25 aprel, 16:42
  • Baku Bakı 23°C

İş adamını sifarişlə qətlə yetirən 2 nəfər həbs edilib

27.05.13 13:31 1513
İş adamını sifarişlə qətlə yetirən 2 nəfər həbs edilib
Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı axtarışa verilmiş şəxslər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi RPİ və Bakı şəhər Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüş Mirəli Həqizadənin ölümünü sifariş vermiş Bakı şəhər sakini Aydın Rüstəmov və həmin cinayəti icra edən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Şahvələd İmanov Göygöl rayonu ərazisində tutulub.
Ondan 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça, 1 ədəd patrondaş və 16 ədəd patron götürülüb.
Qeyd edək ki, Ənvər Qasımzadə küçəsi 72 saylı ünvanın qarşısında naməlum şəxs tərəfindən amansızlıqla öldürülən 37 yaşlı Mirəli Həqizadənin qətlində namus izi müəyyən edilib. Milli.az saytının yaydığı məlumatda qeyd edilir ki, “Şəms” MMC-nin rəhbəri olan M.Həqizadəni, naməlum şəxs bıçaqla öldürücü zərbəni vurmamışdan əvvəl tanınmaz hala salıb. Onu sifətinə çapıqlar atılmaqla 20-yə yaxın bıçaq zərbəsi vurulub. Müəyyən edilib ki, M.Həqizadə Bakı şəhərində bir neçə qızı zorlayıb. Onun barəsində zorlama maddəsi ilə cinayət işi də olub. Hətta onun zorladığı qızlardan birinin intihar etdiyi də bildirilir. İstintaq hazırda M.Həqizadənin qatilinin cinayəti məhz namus üstündə törədilməsi versiyası üzərində işləyir.
Araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər