İş adamından külli miqdarda pul tələb edənlər “ilişib”

İş adamından külli miqdarda pul tələb edənlər “ilişib”

Kriminal
20 Sentyabr 2012, 18:24 1187
Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamına hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb etməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb. Məhkəmə qarşısında Kənan Məmmədov, Vüqar Əliyev, Məhəmməd Məmmədov, Taleh Nəcəfov, Əlövsət Orucov və Əlizamin Niyazov cavab verib. İttihama görə, Sabirabad rayon sakini Kənan Məmmədov, Sədərək rayon sakini Vüqar Əliyev, Şərur rayon sakini Məhəmməd Məmmədov, Şirvan şəhər sakini Taleh Nəcəfov, Ağdam rayon sakini Əlövsət Orucov və Qubadlı rayon sakini Əlizamin Niyazovdan ibarət dəstə əlbir olaraq Qaradağ rayonundakı daş karxanasının sahibi Akif Məmmədova hədə-qorxu gələrək ondan bir ay ərzində 30 min manat pul tələb ediblər. Dəstə üzvləri ilkin olaraq öz məqsədlərinə çatıblar və Akif Məmmədovdan 5 min manat pul ala biliblər. Amma onlar bu niyyətlərini sona qədər reallaşdıra bilməyiblər. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri həbs edilib. Prosesdə ifadə verən təqsirləndirilən şəxslər özlərini elan olunan ittiham üzrə təqsirli biliblər.