• cümə axşamı, 28 mart, 19:39
  • Baku Bakı 13°C

İş adamı qaraciyərini anasına bağışladı

07.04.14 09:34 1060
İş adamı qaraciyərini anasına bağışladı
“Qafqazinfo”nun məlumatına görə, şou-biznesdə bir çox müğənnilərin dostu kimi tanınan iş adamı qaraciyərindən əziyyət çəkən anasına yardım etmək üçün təcili Türkiyəyə yola düşüb .
“ Beş ilə yaxındır ki, anam qaraciyər xəstəsidir. Bu məqsədlə Türkiyəyə gəlmişik. Anam Türkiyənin tanınmış klinikasında müayinə olundu. Həkimlər onu müayinə etdikdən sonra bildirdilər ki, təcili qaraciyər köçürülməlidir. Buna görə də ilk olaraq Bakıda məni donor olaraq müayinədən keçirdilər. Müayinədən sonra məlum oldu ki, mənim qaraciyərim anam üçün yararlıdır. Əməliyyat mənim üçün çox risklidir. Amma düşünürəm ki, anam üçün riskə girməyə dəyər. Onu yenidən bu həyata qayıtmasında bir payım olsa, çox xoşbəxt olaram. Artıq həftənin 3-cü günü əməliyyata girəcəyik. Əməliyyata ilk olaraq mən, iki saat sonra isə anam girəcək. Əməliyyat isə 15 saat çəkəcək. Bu əməliyyatda yalnız sizlərin duasına ehtiyacım var”-, deyə Quliyev bildirib.
Qeyd edək ki, iş adamı H. Quliyev 2009-ci ildən şirkət direktorudur.
banner

Oxşar Xəbərlər