• cümə, 29 Mart, 15:56
  • Baku Bakı 14°C

İrlandiya XİN başçısı ölkəsinin 2023-cü ildə İranda səfirlik açmaq niyyətini təsdiqləyib

08.03.21 10:30 497
İrlandiya XİN başçısı ölkəsinin 2023-cü ildə İranda səfirlik açmaq niyyətini təsdiqləyib
İrlandiya Xarici İşlər naziri Simon Kouveni İranlı həmkarı Məhəmməd Cavad Zəriflə bazar günü Tehranda baş tutan danışıqlar zamanı ölkəsinin 2023-cü ildə İranda səfirlik açmaq niyyətini təsdiqləyib.
APAxəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əldə edilmiş razılaşmalara görə, İrlandiya hökuməti İranda səfirlik açmaq üçün mərhələli şəkildə addımlar atacaq.
Qeyd edək ki, görüş çərçivəsində tərəflər, həmçinin, ikitərəfli problemləri, Yaxın Şərq bölgəsindəki vəziyyəti və nüvə razılaşmasını müzakirə ediblər.

banner

Oxşar Xəbərlər