• cümə, 19 Aprel, 00:16
  • Baku Bakı 18°C

Jirinovski: "Ermənistanla birləşmiş qoşun qruplaşması Rusiya komandanlığı altında olmalıdır"

14.07.17 15:49 1284
Jirinovski: "Ermənistanla birləşmiş qoşun qruplaşması Rusiya komandanlığı altında olmalıdır"
"Rusiya Federasiyası və Ermənistan birləşmiş qoşun qruplaşması istisnasız olaraq Rusiya komandanlığı altında olmalıdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasında çıxışı zamanı bəyan edib.

O qeyd edib ki, Rusiya ərazisindən kənarda hərbi bazalar və birləşmiş qoşunlar üzərində birgə komandanlıq qəbuledilməzdir: "Bütün hərbi bazalar və birləşmiş qoşun qruplaşmaları üzərində komandanlıq ancaq Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının və ali baş komandanın əlində olmalıdır".

Rusiyalı siyasətçinin fikrincə, birgə komandanlıq görünməmiş mənfi nəticələrə gətirib çıxara bilər: "Bizim icazəmiz olmadan onlar hansısa döyüş fəaliyyətinə başlayacaqlar və biz də avtomatik olaraq buna qoşulmuş olacağıq".

Qeyd edək ki, bu gün Rusiya Dövlət Duması Ermənistanla ötən ilin noyabrın 30-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya edib.
banner

Oxşar Xəbərlər