İrihəcmli məlumatların rəsmi statistika üçün istifadəsinə görə bir sıra addımlar atılmalıdır

İrihəcmli məlumatların rəsmi statistika üçün istifadəsinə görə bir sıra addımlar atılmalıdır

Təfsilat
11 Dekabr 2019, 12:55 93
İnformasiya cəmiyyətinin dəqiq dəyərləndirilməsi, çevik idarəetmənin tətbiqi üçün dolğun statistik məlumatlara ehtiyac var.
Trend-in məlumatına görə, bunu rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi mövzusunda keçirilən konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.
Onun sözlərinə görə, məhz bu məlumatlar əsasında yeni sosial-iqtisadi kurs müəyyən olunur.
R.Quluzadə bildirib ki, rəqəmsallaşdırma erasında statistik informasiyanın idarə olunmasını müasir texnologiyaların dəstəyi olmadan təsəvvür etmək olmaz.
Nazir əlavə edib ki, informasiya texnologiyaları statistik informasiyanın idarə olunmasının bütün mərhələlərində - toplanma və yayılma proesində tətbiq olunur və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu prosesdə aktiv iştirak edir.
R.Quluzadə bildirib ki, nazirlik tərəfindən dövlət qurumlarının məlumat bazalarının Statistika Komitəsinin statistik bazasına inteqrasiyasına dəstək verilir: "Son illər digər qurumlarda olduğu kimi, Statistika qurumlarında da irihəcmli məlumatlara böyük maraq var. Prezidentin sərəncamı ilə təsdiq edilmiş 2018-2025-ci illərdə Azərbaycan Respublikasında statistikasının rəsmi inkişafına dair dövlət proqramında da irihəcmli məlumatlatın rəsmi statistik məlumatlar kimi istifadə edilməsində beynəlxalq təcrübənin öyrənilməsi nəzərdə tutulub. İrihəcmli məlumatların rəsmi statistika üçün istifadəsinə görə hüquqi, texniki, metodoloji baxımdan bir sıra addımlar atılmalıdır".