“İrəvansız 100 il” mövzusunda tədbir keçirilib - Fotolar

Bakı
İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Beynəlxalq İnformasiya və
Regional Araşdırmalar” (BİRA) İctimai Birliyinin dəstəyi ilə "İrəvansız 100 il”
mövzusunda tədbir keçirilib. Şuşanın işğal gününə təsadüf edən tədbirdə əvvəlcə
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü
ilə kollecin direktor əvəzi Nofəl Nəbiyev açaraq, tarixin müxtəlif dövrlərində
Azərbaycan ərazilərinin yadelli hücumuna məruz qaldığını, İrəvan xanlığının
mərkəzi sayılan İrəvan şəhərinin də məhz bu təcavüzkarlıq nəticəsində işğal
edildiyini diqqətə çatdırıb. O, tariximizin öyrənilməsi, təbliğ edilməsi, gənc
nəsillərə çatdırılması baxımından bu kimi tədbirlərin əhəmiyyətli olduğunu
vurğulayıb.
İctimai
Birlik sədri Zaur Qəriboğlu tədbirin mahiyyəti barədə danışaraq bildirib ki,
rəhbərlik etdiyi qurum Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün elan
etdiyi I qrant müsabiqəsində "İrəvansız 100 il” mövzusunda tədbirlərin təşkili
sosial şəbəkələrdə informasiya müharibəsinin gücləndirilməsinə dəstək” layihəsi
ilə qalib gəlib və layihənin icrasına start verib. Qeyd edib ki, bu işə 2016-cı
ilin mayından başlanılıb: "Ötən il Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
dəstəyi ilə təşkilat tərəfindəniravan.2018.comensiklopedik portal yaradılıb.
Bunun davamı olaraq, 29 may 1918-ci ildə İrəvanın ermənilərə güzəştə
gedilməsinin 100 illiyini cəmiyyətdə gündəmə gətirməyi, "İrəvansız 100 il” adı
altında Azərbaycanın ali, orta ixtisas məktəblərinin tələbələri, həmçinin hərbi
qulluqçular arasında maarifləndirici tədbirlər həyata keçirməyi qarşımıza
məqsəd qoyduq. Bununla yanaşı, hədəfimiz Azərbaycan torpaqlarına iddia edən
Ermənistanın əslində, paytaxt kimi istifadə etdiyi İrəvan şəhərinin belə,
tarixi Azərbaycan torpağı olduğu halda, Qarabağa necə iddia edə bildikləri
sualını cəmiyyətin əsas fikrinə çevirməkdir. Əsas istəyimiz gənclərin
Azərbaycanın qələbəsi naminə informasiya savaşına qoşulmasıdır. Bu layihə
çərçivəsində BİRA İctimai Birliyinin 5 dildə fəaliyyət göstərənKarabakh
Todaysaytı da təkmilləşdiriləcək”.
Z.Qəriboğlu tarixə
ekskurs edərək bildirib ki, Sovet hakimiyyəti illərində Qars müqaviləsinin
bütün müddəaları pozulub, Azərbaycan əraziləri ermənilərə bağışlanıb. Konkret
faktlara müraciət edən layihə rəhbəri vurğulayıb ki, təmsil etdiyi təşkilat
tarixi Azərbaycan torpağı olan İrəvanın geri qaytarılma prosesində üzərinə
düşən tarixi missiyanı həyata keçirmək üçün bütün qüvvəsini səfərbər edəcək: "Cəmiyyət
olaraq, informasiya müharibəsinin vacibliyini dərk edəriksə, dünyaya da haqq
səsimizi çatdıra bilərik. Təbii ki,
düşmən bu mübarizəyə bizdən çox əvvəllər başlayıb. Məhz bu səbəbdəndir ki,
onlar informasiya sahəsində ixtisaslaşaraq, fəaliyyət göstərirlər. Amma buna qarşı
mübarizə aparmaq heç vaxt gec deyil, hər anın bir hökmü var. Bu üzdən də cəmiyyətin toplu
şəkildə bu mübarizədə dövlətimizin yanında olmasını təmin etmək məhz, qeyri hökumət
təşkilatlarının, media qurumlarının
üzərinə düşür. Bizlər Azərbaycan dövlətinin milli maraqlarından çıxış edərək,
ciddi və doğru maarifləndirmə işləri apara biləriksə, bu, bizim növbəti qələbəmizin başlanğıcı ola bilər. Bu mənada "İrəvansız 100 il” adı altında informasiya
müharibəsində cəmiyyətin maarifləndirilməsini də vacib hadisə hesab
edirik”.
"Müharibə
Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas da
tədbirdə çıxış edərək, İrəvan xanlığının tarixindən, qədim Azərbaycan şəhəri
İrəvanın intibah dövründən söhbət açıb. O, Prezident İlham Əliyevin öz
çıxışlarında İrəvan şəhərinin tarixi Azərbaycan torpağı olmasını xatırlatdığını
diqqətə çatdırıb. Bildirib ki, vaxt gələcək Silahlı Qüvvələrimizin rəşadəti hesabına
üçrəngli, ay-ulduzlu bayrağımız Dağlıq Qarabağda, işğal altındakı digər
ərazilərimizdə dalğalanacaq, tarixi torpaqlarımız üzərində tam nəzarət yenidən
özümüzə qayıdacaq.
Tədbirin
sonunda İrəvan xanlığının tarixindən bəhs olunan filmə baxış olub.








