• cümə axşamı, 25 aprel, 02:29
  • Baku Bakı 19°C

İrəvanda etirazçıların lideri "məxməri inqilab"ın başlandığını elan edib

17.04.18 15:20 662
İrəvanda etirazçıların lideri "məxməri inqilab"ın başlandığını elan edib
İrəvanda keçirilən mitinqin lideri, parlamentin üzvü Nikol Paşinyan "məxməri inqilab”ın başlandığını elan edib.

APA-nın "aysor.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə o, paytaxtın Fransa meydanında çıxışı zamanı deyib. "Mən burada demokratik, zorakı olmayan "məxməri inqilab”ın başlandığını elan edirəm”, - deyə müxalifətçi bildirib.

Serj Sarkisyanın baş nazir postuna namizədliyinə etiraz edən nümayişçilər bu gün İrəvanda müxtəlif dövlət idarələrinə girişi bağlayırlar. Hazırda nümayişçilər XİN,Baş Prokurorluq, Dövlət Gəlirləri Komitəsinin girişində toplaşıblar.

Qeyd edək ki, bu gün parlamentdəSerj Sarkisyanın baş nazir postuna namizədliyinin təsdiqlənməsi ilə bağlı xüsusi iclas keçirilir.
banner

Oxşar Xəbərlər