• cümə, 19 Aprel, 10:39
  • Baku Bakı 13°C

İrəvanda etiraz aksiyasında saxlanılanların sayı 91-ə çatıb

18.04.18 21:20 632
İrəvanda etiraz aksiyasında saxlanılanların sayı 91-ə çatıb
İrəvandaSerj Sarkisyanın baş nazir təyinatına etiraz əlaməti olaraq keçirilən aksiya nəticəsində saxlanılanların sayı 91 nəfərə çatıb.

APA-nın "Sputnik Armeniya” ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.

Saxlanılanlardan 37 nəfərə inzibati iş açılıb, daha 54 nəfərin işi üzrə materiallar isə mümkün cinayət tərkibinin təsdiqlənməsi üçün istintaqa verilib.

Qeyd edək ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasdaSerj Sarkisyanbaş nazir elan olunub. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.
banner

Oxşar Xəbərlər