• çərşənbə, 24 Aprel, 09:20
  • Baku Bakı 13°C

İrəvanda etiraz aksiyası zamanı 67 yaşlı kişi özünü yandırıb

07.03.14 13:41 1075
İrəvanda etiraz aksiyası zamanı 67 yaşlı kişi özünü yandırıb
İrəvanda keçirilən etiraz aksiyası zamanı bir nəfər özünü yandırmağa cəhd edib.
APA-nın “Novosti-Armenia” agentliyinə istinadən verdiyi məlumata görə, “Mən əleyhinəyəm” təşəbbüs qrupunun fəallarının təşkil etdiyi aksiya Ermənistan Maliyyə Nazirliyinin binası qarşısında keçirilir.
Aksiyada 100-dək adam iştirak edir.
67 yaşlı Ermənistan vətəndaşı üstünə benzin tökərək od vurub. O bu addımı ağır sosial durumu ilə əsaslandırıb.
Aksiya iştirakçısının özünü yandırmaq cəhdinin qarşısı alınıb və o, polis idarəsinə aparılıb.
banner

Oxşar Xəbərlər