AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İrəvanda 50-dək etirazçı saxlanılıb

İrəvanda 50-dək etirazçı saxlanılıb

Təfsilat
06 İyul 2015, 17:58 1283
İrəvanda enerji tariflərinin artırılmasına qarşı aksiya zamanı saxlanılan “İrs” partiyasının mətbuat katibi David Sanasaryanın vəziyyəti pisləşib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, müxalifətçi deputat Nikol Paşinyan bildirib ki, D. Sanasaryan xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Baqramyan prospektində aksiyanın dağıdılması zamanı 46 nəfər saxlanılıb. Onlar polis idarəsinə aparılıb.

N. Paşinyan bildirib ki, hazırda polis idarəsində 9 nəfər qalıb.

Saxlanılanlardan biri “Armenia Today” agentliyinin koordinatoru Arqişti Kiviryan isə deyib ki, polisin tələbinə tabe olmadığına görə onu inzibati qaydada məsuliyyətə cəlb etmək istəyirlər.