İrəvan Teatrı Gəncə, Sabirabad və Şəkidə qastrol səfərinə hazırlaşır
İrəvan Dövlət
Azərbaycan Dram Teatrı yazıçı Sevinc Elsevərin Xocalı soyqırımı
faciəsinə həsr olunmuş "Ürəyində arzu tut” pyesi əsasında hazırladığı yeni
tamaşanı 3 iyulda Gəncə şəhərində tamaşaçılara təqdim edəcək. Bu barədə teatrın
mətbuat katibi Teymur Bayramov məlumat verib.
O bildirib ki, tamaşanın qurulucu rejissoru Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda Əməkdar artist Xatirə Süleymanova, aktyorlar Şəbnəm Cabrayılova, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova və Arzuman Tanrıverdi çıxış edəcəklər. Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 3-11-12 iyul 2019-cu il tarixlərində şair, yazıçı Sevinc Elsevərin "Ürəyində arzu tut” tamaşası ilə Gəncə, Sabirabad və Şəkidə qastrol səfərində olacaq.