• çərşənbə axşamı, 16 aprel, 13:29
  • Baku Bakı 19°C

İrəvan qarışdı: 37 etirazşı saxlanıldı, 8 polis yaralandı

06.11.13 07:58 1196
İrəvan qarışdı: 37 etirazşı saxlanıldı, 8 polis yaralandı
İrəvanın mərkəzindəki Azadlıq meydanda noyabrın 5-də aksiya iştirakçıları və polis arasında baş vermiş toqquşmalar nəticəsində 37 etirazçı saxlanılıb. APA-nın verdiyi məlumata görə, bu barədə “NEWS.am” saytına Ermənistan Polisinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, saxlanılan şəxslər hələ ki polis bölmələrindən buraxılmayıblar.
Məlumata görə, toqquşmalar zamanı 8 polis əməkdaşı xəsarət alıb, onlardan biri bıçaq yaraları alıb. Bundan başqa, toqquşmalarda 16 yaşlı yeniyetmənin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir. Xəsarət alanlar İrəvanın müxtəlif xəstəxanalarına yerləşdirilib.
APA-nın bundan əvvəl verdiyi xəbərə görə, Ermənistanın müxalif “Tserqakon” hərəkatının lideri Şant Arutyunyanın 100-dək tərəfdarları İrəvanın mərkəzindəki Maştots prospektində razılaşdırılmamış yürüş keçirməyə cəhd edib.
Ermənistan Polisinin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, dəyənəklərlə silahlanmış Şant Arutyunyanın tərəfdarları İrəvanın mərkəzi prospektində razılaşdırılmamış yürüş təşkil edib. “Polis əməkdaşları onları ictimai asayişi pozmamağa və Maştots prospektində hərəkətə mane olmamağa çağırıb. Lakin aksiya iştirakçıları əldə qayrılmış və daşlarla doldurulmuş partladıcı paketlər partladıb”, deyə açıqlamada bildirilir.
Mətbuat xidmətinin açıqlamasında bildirilir ki, polis əməkdaşları asayişi bərpa etməyə aksiyanı dağıtmağa müvəffəq olub.
Qeyd edək ki, Şant Arutyunyan polisin xəbərdarlıqlarına məhəl qoymadan bir neçə gün ərzində Azadlıq meydanında zorakılıq çağırışları olan bəyanatlarla çıxış edib.
banner

Oxşar Xəbərlər