“İrəli”nin “Azərbaycanın İntellektual Birİncisi” layihəsininin icrası başa çatıb
"İrəli” İctimai Birliyinin Gənclər
və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı "Azərbaycanın İntellektual
Birİncisi” layihəsinin 3-cü mövsümünə dekabrın 8-də yekun vurulub, ulu öndər Heydər Əliyevin əziz
xatirəsinə həsr olunan final mərhələsi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun
müdiri Fuad Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri,
Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə çıxış edərək belə layihələrin
həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar. Qeyd
edilib ki, gənclərin intellektual oyunlarda iştirakı onların zehni inkişafına,
bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir.
"İrəli” İctimai Birliyiin sədri MirHəsən Seyidov
çıxış edərək bildirib: "Bu kimi intellektual yarışların keçirilməsi gənclərin
bilik və bacarıqlarını sərgiləməsinə böyük töhfə və təkan verir. Məhz Azərbaycanda yeni nəslin elmə olan inkişafını vurğulamaq istəyirəm. Ötən
illərlə müqayisədə gənclər təhsil almağa daha çox meyl göstərır. Bu da ölkə
başçısının elm işçilərinə , təhsilə, sağlam və intellektual gənclərin olması
üçün apardığı uğurlu siyasətin nəticəsidir. Doğma diyarımızın hər bir bölgəsindən
olan gənclər öz biliklərini yoxlamaq üçün bizim yarışmaya qatıldılar. Mən bütün
layihə iştirakçılarını təbrik edirəm. İnanıram ki, bu gənclər ölkəmizi xaricdə
təmsil edəcək insanlar olmaqla yanaşı, bütün Azərbaycan gəncliyinə bir stimul
olacaqlar. Biz də bir təşkilat olaraq Azərbaycan gənclərinə və gəncliyinə hər
zaman dəstək olmuşuq və olacağıq.”
Sədr onu da qeyd edib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”
Dövlət Proqramının 5.4.7. maddəsində gənclərin asudə vaxtının səmərəli təşkili üçün
intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların
keçirilməsi öz əksini tapır. "Azərbaycan İntellektual Birİncisi” layihəsi Dövlət
Proqramının alt sənədinə uyğun olaraq həyata keçirilib. Bildirilib ki, Azərbaycanın
bütün regionlarını əhatə edən layihənin məqsədi ölkə gənclərinin maarifləndirilməsi
və intellektual potensiallarının qiymətləndirilməsi olub. Sədr çıxışının
sonunda qeyd edib ki, növbəti il layihələrimizi işğal altında olan
torpaqlarımızda həyata keçirəcəyimizə ümid edirik.
Daha sonra "Azərbaycanın intellektual birİncisi" layihəsi haqqında məlumat verilib. Bildirilib
ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və ölkəmizin 11 regionunda 4
intellektual oyun üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar
Respublikası da daxil olmaqla, ölkəmizin 70-dən çox rayonundan 1500 gənc
iştirak edib. Layihə 2 mərhələdən ibarət olub. Əvvəlcə hər iqtisadi rayon üzrə
komandaların zona çempionatı, sonra isə final yarışları keçirilib. Birinci mərhələdə regional turnirlərdə qalib gələn
komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ
qazanıb."
Layihənin yekununda "Vətəni tanı” oyunu üzrə Xətai
rayonunun, "Axtar tap” oyununun nəticələrinə görə Naxçıvan MR, "Nə, harada, nə
zaman?”, "Xəmsə” oyunu üzrə isə Abşeron komandasının gənc intellektualları
qalib adını qazanaraq, birincilik əldə ediblər.
Qalib gələn komandalar medallar, şəhadətnamələr və
hədiyyələrlə təltif olunublar.