• cümə axşamı, 28 mart, 17:34
  • Baku Bakı 16°C

“İRƏLİ” sədri 2015-ci il üçün strateji hədəflərini açıqladı

08.01.15 15:02 1600
“İRƏLİ” sədri 2015-ci il üçün strateji hədəflərini açıqladı
“Son qeyri iş günlərində “İRƏLİ” İctimai Birliyi komanda olaraq istirahət imkanlarını 2015-ci ilin strateji hədəflərinə yönəltdi. Bunun sayəsində biz böyük bir strateji planla 2015-ci ildə təmsil olunacağıq. 2014-cü il bir çox uğurları ilə yadda qalan il olsa da 2015-ci ilin hədəfləri hər zaman olduğu kimi Azərbaycan adına daha böyük uğurlar gətiriləcəyinə inanıram. Çünki bir neçə il bundan öncə cənab Prezident tərəfindən imzalanmış sırf gənclərin inkişafına yönəlik bir çox proqramlar mövcuddur. Bunların davamı, icrası hələ də davam edir. Bu proqramların hədəflərində bu il daha böyük işlərin və layihələrin həyata keçiriləcəyinə əminik”.
Bu barədə “Kaspi”yə açıqlamasında “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib. O, rəhbərlik etdiyi təşkilatı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətin uğurlu nəticələrindən biri kimi dəyərləndirib. Qeyd edib ki, ölkədə gənclər siyasətinin inkişafı istiqamətində, gənclərin innovasiya brendinin yaradılması, dayanıqlı inkişaf göstəricilərinin qaldırılması, region gənclərinin qərar qəbuletmə prosesində inkişafının təmin olunması, beynəlxalq əlaqələrin gücləndirilməsi və korporativ məsuliyyətin inkişafı istiqamətində aparılan bir çox işlərdə “İRƏLİ” öz planlarını hazırlayıb.
M.Seyidov ölkə səviyyəsində həyata keçirilən bir sıra beynəlxalq və dünya miqyaslı layihələrdə də “İRƏLİ”nin danılmaz rolu olduğunu söyləyib. Deyib ki, bu il ölkədə keçiriləcək Bakı Avropa Oyunları qismində “İRƏLİ”nin əməliyyat komitəsi tərəfindən hazırlanan bir neçə layihə də reallaşdırılacaq. Onun sözlərinə görə, bu layihələrin reallaşdırılması məqsədilə könüllü bazanın formalaşdırılması prosesinə gənclərin cəlb olunması işləri davam etdirilir: “2015-ci ildə üstünlük verdiyimiz sahələr daha çox Azərbaycan həqiqətlərinin dünya miqyasında tanıtdırılması, ölkə mövqeyinin gücləndirilməsi məqsədilə nüfuzlu xarici KİV-lərdə mütəmadi olaraq Azərbaycan haqqında yazıların dərc etdirilməsi, bununla paralel olaraq, daha çox vətənpərvərlik və beynəlxalq iştirakçılıq haqqında işlərin görülməsi planlaşdırılır. Beynəlxalq istiqamətdə aparılan bütün araşdırmalarımız nəticəsində 2015-ci ildə daha çox beynəlxalq rəqabətə davamlı gəncin yetişdirilməsi nəzərdə tutulub. Artıq tərəfimizdən yeni ildə 250 nəfərə yaxın gənc tərəfindən 30-a yaxın QHT, KİV və Biznes strukturlarında ekoloji ofis standartlarının yaradılmasına dair BMT-nin inkişaf proqramı və Avropa İttifaqının dəstəyi ilə birgə başlanan bir layihəyə start vermişik. Ölkə səviyyəsində narkomaniya ilə mübarizə istiqamətində artıq Təhsil Nazirliyi ilə birgə bir neçə layihəyə də start verilib. Regionlarımızda paytaxt rayonlarında bunun təbliğatının aparılması gənclərin sağlam ruhda böyüməsi üçün yardımçı olacaqdır”.
M.Seyidov 2014-cü ildə ireli.az saytını və Birliyin yeni loqosunu ictimaiyyətə təqdim etdiklərini vurğulayıb. Bildirib ki, artıq yanvar ayının sonundan etibarən “Gənclər Radiosu” olan “İrəli Radio” da öz fəaliyyətini tam yeni formatda, yeni üslubda formalaşdıracaqdır. “İrəli Production”a gəlincə, Birlik sədri deyib ki, bu qurum daha çox ölkə səviyyəsində sosial çarxların çəkilməsinə və gənclər üçün təcrübə proqramlarından yararlanmağa xidmət edəcək. Bunlarla yanaşı, “İRƏLİ” sədri rəhbərlik etdiyi təşkilatın 2015-ci ildə region gəncləri ilə sıx əməkdaşlıqların qurulmasında maraqlı olduğunu da qeyd edib: “Bu istiqamətdə son 6 ayda gördüyümüz işlər nəticəsində müraciətlər dayanmadan artır və hər gün demək olar ki, onlarla gənc tərəfindən müraciətlər daxil olur. Məhz bu səbəbdən artıq tərəfimizdən formalaşdırılmış regional mərkəz üçün yerli nümayəndəliklərin təsis olunması və ətraf rayonların bu prosesə qoşulmasına stimul yaradılacaq addımlar atılacaqdır. Təbii ki, qeyd olunanlar bizim həyata keçirməyi planladığımız işlərin bir hissəsidir. Azərbaycan adına uğurlu ola biləcək istənilən yerdə daim “İRƏLİ”də olmaq niyyətimiz var”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər