• şənbə, 20 Aprel, 00:09
  • Baku Bakı 15°C

İRƏLİ “SAY: Solidarity” layihəsinin müsahibə mərhələsinə başlayıb

14.06.17 14:48 2465
İRƏLİ “SAY: Solidarity” layihəsinin müsahibə mərhələsinə başlayıb
"İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçiriləcək yayın ən böyük layihələrindən biri olan SAY: Solidarity” layihəsinin müsahibə mərhələsi başlayıb. İyun ayının 13,14,15-i tarixlərində davam edəcək müsahibə mərhələsi bitdikdən sonra seçilən 100-ə yaxın gənc layihədə iştirak hüququ qazanacaq.
"İRƏLİ” İctimai Birliyi uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə İslam Həmrəyliyi ilinə həsr olunub.
"Support of Azerbaijan Youth (SAY): Solidarity” layihəsinin əsas məqsədi – Azərbaycanda İslam həmrəyliyinin möhkəmləndirilməsində gənclərin rolunun artırılması, tolerantlıq prinsiplərinin və yaşıl "düşüncənin” formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin aktiv iştirakını təmin etməklə, ümumilikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdan ibarətdir.
SAY hərəkatı altında keçirilən və sayca 5-ci olan "SAY: Solidarity” layihəsi "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci il üçün seçilmiş gənclər paytaxtı olan Balakən rayonunda keçiriləcək.
banner

Oxşar Xəbərlər