• cümə axşamı, 25 aprel, 04:48
  • Baku Bakı 19°C

“İRƏLİ” İctimai Birliyi “İradio”nu gənclərə təqdim edib

02.02.15 11:50 998
“İRƏLİ” İctimai Birliyi “İradio”nu gənclərə təqdim edib
2 fevral Gənclər Günü münasibəti ilə İrəli İctimai Birliyi “İradio” - Gənclərin radiosunu və radionun www.iradio.az saytının təqdimatını keçirib. Gənclərin müasir problemlərinin araşdırılması, onların maarifləndirilməsi və çətinliklərinin həlli istiqamətində fəaliyyət göstərəcək yeni radio mövcud şəraitdən səmərəli istifadə etməklə, hər zaman gənclərin yanında olacaq. Hələlik “İradio” gənclər üçün 10 yeni veriliş hazırlayıb. Bunlar “İstintaq davam edir”, “Kimsən sən”, “Bənövşəyi mandarin”, “Aysberq”, “25-ci kadr”, “3 Nöqtə”, “Mənim universitetim”, “Fashion”, “Xəbər gənc”, “Karaoke vaxtı” verilişləridir. “İradio”nun ilk qonaqları isə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov olublar.
“İradio”nun açılış mərasimində “İrəli” İctimai Birliyi tərəfindən keçirilən dil kurslarının tələbələrinə də sertifikat və hədiyyələr verilib. Ərəb və Yapon dili kurslarının bitməsi münasibəti ilə tələbələrə sertifikat, müəllimlərə isə tövsiyə məktubu, hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “İradio”da işləmək üçün 100-dən çox gənc müraciət edib. “İradio”-da işləmək üçün seçilən gənclərə mütəxəssislər tərəfindən təlimlər keçirilib. “İradio” olaraq əsas hədəflər informasiya texnologiyalarının yaratdığı imkanlardan yararlanmaq, müasir media sahəsində öz yerini tutmaq, gənclərə məxsus, onların maraq dairəsini əhatə edən brend yaratmaq, milli musiqi və mənəvi dəyərləri gənclər arasında təbliğ etmək, hər zövqdə gənci nəzərə alıb, hər janrda musiqiləri yayımlamaq, bu sahədə marağı olan gənclərə təcrübə qazandırmaq üçün şərait yaratmaqdır. Eyni zamanda, müasir tələblərə cavab verən funksional online radio yaratmaq, gənclərin maraq dairəsinə uyğun verilişlər hazırlamaq, yüzlərlə gəncə təcrübə qazandırmaqdır. “İradio”nun yayımlanma vaxtı həftənin 7 günü, 24 saatdır.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər