“İrəli” İB-nin SAY layihəsi gəncləri birləşdirir, komanda yaradır
"İrəli” İctimai Birliyi tərəfindən uzun müddətdir
davam edən SAY hərəkatının növbəti "SAY:Unity" layihəsi baş tutub.
Açıq hava şəraitində
qurulan yaşayış çadırlarında qalan iştirakçılar gənclərlə iş üzrə aparılan
inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi
imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə ediblər.
Ümumilikdə layihə çərçivəsində gənclərə vahid komanda halında işləmək, komanda
quruculuğu, komanda əhval-ruhiyəsinin artırılması istiqamətləri üzrə təlimlər
keçirilib. Komanda quruculuğu haqqında danışılarkən "Effektiv komandanın səciyyəvi
xüsusiyyətləri, Komandanın inkişafı və birliyi, Konstruktiv Kommunikasiya”
haqqında ətraflı olaraq layihə iştirakçılarına məlumatlar verilib.
"İrəli” gənclərinin
təşəbbüsü nəticəsində baş tutan "SAY: Unity” layihəsi "İrəli” İctimai
Birliyinin SAY hərəkatı adı altında keçirdiyi sayca 8-ci layihədir. Azərbaycanın
Quba rayonunda baş tutan layihədə 50-ə yaxın gənc iştirak edib.
Layihə çərçivəsində
Azərbaycanın atributlarını özündə əks etdirən 6 komanda ("Alov”, "Muğam”, "Kəpəz”,
"Nar”, "Qobustan” və "Xarı Bülbül”) müxtəlif fəaliyyətlər üzrə bir-biri ilə
mübarizə aparıblar.
Maarifləndirici əhəmiyyət daşıyan bu layihənin
produktiv olması əsas məqsəd olub və çərçivəsində praktiki sessiya: komanda təqdimatları baş
tutub və bir neçə fərqli istiqamətlər üzrə komandalar yarışıblar. Layihənin
növbəti günlərində Hiking və həmrəylik
oyunları keçirilib. Eyni zamanda ip dartma, Voleybol və futbol yarışı
keçirilib, praktiki sessiyada komandalar hazırladıqları rəqsləri təqdim ediblər.
Düşərgə müddətində "İrəli” İctimai Birliyin sədri
MirHəsən Seyidov gənclərlə birlikdəolub və öz çıxışında komanda halında
işləməyin, birlik olmağın vacibliyini vurğulayaraq gənclərlə müxtəlif müzakirələrdə
iştirak edib. "Ölkə başçısı hər zaman gəncləri qətiyyətlə dəstəkləyir. Dövlət siyasətinin əsasında gənclərin milli ruhda, vətənpərvər,
təhsilli və sağlam gənc kimi yetişməsi ana məqsəddir. Gənc kadrların yüksək vəzifələrə təyin olunması,
istedadlı gənclərimizin ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı
uğurla təmsil etməsi məhz uğurlu dövlət gənclər siyasətinin bariz nümunəsidir”-deyə,
sədr bildirib.
Qeyd edək
ki, "İrəli” İctimai Birliyi bundan öncə də hər il "SAY: Support of
Azerbaijan Youth” hərəkatı adı altında "SAY:Könüllülük Akademiyası”,
"SAY: Green”, "SAY:Multikulturalizm”, "SAY:Volunteering Festival”,
"SAY:Solidarity”, "SAY:All Star” və
"SAY:Cümhuriyyət” kimi böyük layihələri həyata keçirib və 500-ə yaxın gənci
öz ətrafında toplayıb.