• cümə axşamı, 25 aprel, 09:30
  • Baku Bakı 14°C

İraqlı diplomat: “Ümid edirik ki, Kürdüstan referendumu ləğv edəcək və danışıqlara başlayacaq”

10.10.17 14:30 1916
İraqlı diplomat: “Ümid edirik ki, Kürdüstan referendumu ləğv edəcək və danışıqlara başlayacaq”
"Kürd xalqıİraqın ayrılmaz hissəsidir və referendum addımı düzgün deyil”.
APA-nın məlumatına görə, bu sözləriİraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl-Şuveyli keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, referendum qeyri-konstitusion olub.
Diplomat qeyd edib ki,İraqhökumətində bir çox sahələri kürdlər tutur və onlarİraqdövlətini təmsil etmək gücünə malikdir: "Onların hakimiyyətdən kənarda qaldığı barədə fikirləri yalandır.İraqprezidenti də kürddür. Belə bir addımın atılması etnik ayrı-seçkilik əsasında dövlətlərin yaradılmasına yol açır və bu, düzgün deyil. Kərkük dəİraqın bir hissəsidir və Kürdüstanın haqqı çatmır ki, onu öz ərazisi elan etsin. Biz Kərkükün de-fakto istilasına etiraz edirik. Kərkük elə bir yerdir ki, oradaİraqxalqının bütün nümayəndələri dinc şəraitdə yaşayır. Kürdlərin özlərində belə bu referendumla bağlı parçalanma baş verib. Onlar bir partiyanın digər partiya üzərində üstünlüyünə etiraz edirlər”.
Diplomat xatırladıb ki, bütün dövlətlər və dünya ictimaiyyətiİraqın tərəfindədir və referendumu qeyri-qanuni sayır. Onun sözlərinə görə, federal hökumətin haqqı çatır ki, bütünhavalimanlarına nəzarət etsin və qanunsuz sərhəd-keçid məntəqələrini bağlasın: "Kürdüstanda olan neft yataqları bütünİraqın sərvətidir və mərkəzi hökumətin haqqı var ki, bu yataqlara nəzarəti bərpa etsin.İraqümid edir ki, Kürdüstan referendumun ləğvinə qərar verəcək və danışıqlara başlayacaq. Kürdüstanla danışıqlar ancaq referendumun nəticələrinin ləğvindən sonra mümkün ola biləcək. Dövlətin birliyini saxlamaq üçün ən yaxşı yolu dialoqdur. Çünki kürdlərİraqın ayrılmaz tərkib hissəsidir. Amma Ali Baş Komandanımız olan baş nazirin əlində bütün vasitələr var ki,İraqın suverenliyini, ərazi bütövlüyü bərpa etsin”.
banner

Oxşar Xəbərlər