AZE | RUS | ENG |


İraqlı diplomat: “Ümid edirik ki, Kürdüstan referendumu ləğv edəcək və danışıqlara başlayacaq”

İraqlı diplomat: “Ümid edirik ki, Kürdüstan referendumu ləğv edəcək və danışıqlara başlayacaq”
"Kürd xalqı İraqın ayrılmaz hissəsidir və referendum addımı düzgün deyil”.
 
APA-nın məlumatına görə, bu sözləri İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl-Şuveyli keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, referendum qeyri-konstitusion olub.
 
Diplomat qeyd edib ki, İraq hökumətində bir çox sahələri kürdlər tutur və onlar İraq dövlətini təmsil etmək gücünə malikdir: "Onların hakimiyyətdən kənarda qaldığı barədə fikirləri yalandır. İraqprezidenti də kürddür. Belə bir addımın atılması etnik ayrı-seçkilik əsasında dövlətlərin yaradılmasına yol açır və bu, düzgün deyil. Kərkük də İraqın bir hissəsidir və Kürdüstanın haqqı çatmır ki, onu öz ərazisi elan etsin. Biz Kərkükün de-fakto istilasına etiraz edirik. Kərkük elə bir yerdir ki, orada İraq xalqının bütün nümayəndələri dinc şəraitdə yaşayır. Kürdlərin özlərində belə bu referendumla bağlı parçalanma baş verib. Onlar bir partiyanın digər partiya üzərində üstünlüyünə etiraz edirlər”. 

Diplomat xatırladıb ki, bütün dövlətlər və dünya ictimaiyyəti İraqın tərəfindədir və referendumu qeyri-qanuni sayır. Onun sözlərinə görə, federal hökumətin haqqı çatır ki, bütün hava limanlarına nəzarət etsin və qanunsuz sərhəd-keçid məntəqələrini bağlasın: "Kürdüstanda olan neft yataqları bütün İraqın sərvətidir və mərkəzi hökumətin haqqı var ki, bu yataqlara nəzarəti bərpa etsin. İraq ümid edir ki, Kürdüstan referendumun ləğvinə qərar verəcək və danışıqlara başlayacaq. Kürdüstanla danışıqlar ancaq referendumun nəticələrinin ləğvindən sonra mümkün ola biləcək. Dövlətin birliyini saxlamaq üçün ən yaxşı yolu dialoqdur. Çünki kürdlər İraqın ayrılmaz tərkib hissəsidir. Amma Ali Baş Komandanımız olan baş nazirin əlində bütün vasitələr var ki, İraqın suverenliyini, ərazi bütövlüyü bərpa etsin”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001