• cümə, 29 Mart, 19:31
  • Baku Bakı 14°C

İraqın Tikrit şəhərində partlayışda ölənlərin sayı 39 nəfərə çatıb - YENİLƏNİB

06.11.16 13:14 658
İraqın Tikrit şəhərində partlayışda ölənlərin sayı 39 nəfərə çatıb - YENİLƏNİB
İraqın Tikrit şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, 40 yaralı var. APA-nın "Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadze bomba yüklü avtomobili səhər saatlarında şəhərin cənub girişində, hərəkətin pik nöqtəsində olduğu vaxt partladıb.
Tikritdə komendant saatı elan edilib, yeni terror aktlarının mümkünlüyü ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Qeyd edək ki, bundan öncə polis partlayış nəticəsində 7 nəfərin öldüyü barədə məlumat yaymışdı.
banner

Oxşar Xəbərlər