• cümə, 29 Mart, 17:05
  • Baku Bakı 14°C

İraqın şimalında antiterror əməliyyatı keçiriləcək

14.03.18 15:10 598
İraqın şimalında antiterror əməliyyatı keçiriləcək
"Suriyanın Afrin bölgəsində beton tunelləri kim tikib? PYD/YPG terrorçularının bu sistemli tunelləri tikəcək qədər ağılları yoxdur”.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğandeyib.
Türkiyə prezidenti bildirib ki, Afrin bölgəsində həmin tunellər ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə tikilib: "Ancaq o tunellər nəyə yaradı? Afrin şəhər mərkəzində güclü müqavimət göstərəcəyini bəyan edən terrorçular Türkiyə ordusu və müxalif AzadSuriyaOrdusu yaxınlaşan zaman qaçmağa başlayıblar.Suriyanın Menbic bölgəsini, Fəratın şərq sahilləri, o cümlədənİraqın şimalını terrorçulardan təmizləyəcəyik. Şimaliİraqda PKK terror düşərgələrini tez-tez bombalayırıq. Yaxın vaxtlarda həmin əraziləri də tamamilə terrorçulardan təmizləyəcəyik. Kimsə öz torpaqlarını terrorçulardan təmizləyə bilmirsə, bizdən bu torpaqlarda nə etdiyimizi soruşa bilməz”.
banner

Oxşar Xəbərlər