AZE | RUS | ENG |

İraqın şimalında antiterror əməliyyatı keçiriləcək

İraqın şimalında antiterror əməliyyatı keçiriləcək
"Suriyanın Afrin bölgəsində beton tunelləri kim tikib? PYD/YPG terrorçularının bu sistemli tunelləri tikəcək qədər ağılları yoxdur”. 
 
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
Türkiyə prezidenti bildirib ki, Afrin bölgəsində həmin tunellər ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə tikilib: "Ancaq o tunellər nəyə yaradı? Afrin şəhər mərkəzində güclü müqavimət göstərəcəyini bəyan edən terrorçular Türkiyə ordusu və müxalif Azad SuriyaOrdusu yaxınlaşan zaman qaçmağa başlayıblar. Suriyanın Menbic bölgəsini, Fəratın şərq sahilləri, o cümlədən İraqın şimalını terrorçulardan təmizləyəcəyik. Şimali İraqda PKK terror düşərgələrini tez-tez bombalayırıq. Yaxın vaxtlarda həmin əraziləri də tamamilə terrorçulardan təmizləyəcəyik. Kimsə öz torpaqlarını terrorçulardan təmizləyə bilmirsə, bizdən bu torpaqlarda nə etdiyimizi soruşa bilməz”. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2548
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6127
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9745
CHF 1 İsveçrə frankı 1.7156
USD 1 ABŞ dolları 1.7000