İraqın Erbil hava limanı yaxınlığına raket düşüb
İraq Kürdüstanında yerləşən Erbil hava limanı yaxınlığına raket düşüb.
APAReuters-ə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik xidməti məlumat yayıb.
Bildirilib ki, şahidlər hava limanının yaxınlığında raketin partlamasını müşahidə ediblər.
İtki və dağıntı barədə heç bir məlumat verilməyib.