• şənbə, 20 Aprel, 15:06
  • Baku Bakı 23°C

İraq xarici işlər naziri: Mosul bir ay ərzində azad ediləcək

22.01.17 16:43 710
İraq xarici işlər naziri: Mosul bir ay ərzində azad ediləcək
İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatından azad edilməsi əməliyyatı bir ay ərzində başa çatacaq.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Beyrutda Livan prezidenti Mişel Aun ilə görüşdən sonraİraqxarici işlər naziri İbrahim əl-Cəfəri bildirib.
İraqxarici işlər naziriİraqın İŞİD terrorçularından tam azad ediləcəyi günün yaxınlaşdığını vurğulayıb.
Qeyd edək ki, Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatına keçən il oktyabrın 17-də başlanıb. İndiyə qədər Mosulun şərq hissəsi terrorçulardan təmizlənib.
banner

Oxşar Xəbərlər