• şənbə, 20 Aprel, 09:29
  • Baku Bakı 14°C

İraq prezidenti Azərbaycanın dövlət başçısından kömək istəyib

01.07.16 18:20 1247
İraq prezidenti Azərbaycanın dövlət başçısından kömək istəyib
İraqprezidenti Fuad Məsum Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA-nın məlumatına görə, F. Məsumİraqərazisində yerləşən və Mesopotamiya sivilizasiyasına aid bir neçə abidəninUNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsinə dəstək göstərilməsini Azərbaycan prezidentindən xahiş edib.

Qeyd olunub ki,İraqdövləti 7 ərazinin Ümumdünya irsi siyahısına daxil edilməsi üçünUNESCO-ya müraciət edib. Onlardan Ur, Eridu, Urik abidələrinin mədəni və arxeoloji əhəmiyyətinə, Huveyza bataqlığı, Orta bataqlıqlar və Hammar bataqlıqlarının şərq və qərb hissələrinin əhəmiyyətli təbiətinə və mədəni özünəməxsusluğuna görə həmin siyahıya daxil edilməsi məqsədəuyğun hesab olunur. Bu ərazilər dünya əhəmiyyətli bataqlıq əraziləri, yüzlərlə canlını və bitkini əhatə edən bioloji müxtəlifliyin məskəni olmaqla yanaşı, həm də qədim Şumer sivilizasiyasının müasir qalıqları kimi Ramsar Konvensiyasının siyahısına daxil edilib.

Bildirilib ki, 2016-cı il iyulun 10-20-də İstanbulda Ümumdünya İrsi Komitəsinin 40-cı iclasında həmin abidələrin müvafiq siyahıya daxil edilməsinə dair səsvermə keçiriləcək. Azərbaycanın ümumdünya mədəni irsinin qorunması sahəsində mühüm rolu oynadığı və buna görə dəUNESCOÜmumdünya İrsi Komitəsinə üzv seçildiyi vurğulanan müraciətdə qeyd edilib ki,İraqdövləti Azərbaycanın dəstəyini böyük mənəvi yardım, daimi inkişaf və sabitliyin əldə edilməsi, ekstremizm və terrorizmlə mübarizə istiqamətində İraqa göstərilən kömək kimi qiymətləndirir.
banner

Oxşar Xəbərlər