• cümə, 26 Aprel, 00:31
  • Baku Bakı 16°C

İraq KİV-ləri 28 May - Respublika Günü ilə əlaqədar materiallar yayıb

28.05.20 12:45 486
İraq KİV-ləri 28 May - Respublika Günü ilə əlaqədar materiallar yayıb
İraqın "ashurnews”, "sow-raf. blogspot”, "sindibad news” "İraqi.dk malseyasia” saytlarında Azərbaycan Xalq Cümhuriyyətininyaranmasının ildönümü ilə əlaqədar məqalələr dərc olunub.
AZƏRTACAzərbaycanın İraqdakı səfirliyinə istinadla xəbər verir ki, məqalələrdə Cümhuriyyətin yaranması və fəaliyyəti haqqında geniş məlumat verilib. Qeyd olunub ki, 1920-ci ilin 28 mayında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətində Avropa dövlətlərindən əvvəl qadınlara səsvermə hüququ verilmişdi. 23 ay ərzində 150-dən çox qanun qəbul edilmiş və mütərəqqi idarəçiliyə nail olmuşdu.
Diqqətə çatdırılıb ki, XX əsrin sonunda dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı bir sıra xarici təzyiqlərə məruz qaldı və Dağlıq Qarabağ bölgəsi işğalı edildi. 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyət gəlişi ilə vəziyyət dəyişdi. Məhz Heydər Əliyev erməni işğalının qarşısını alaraq problemin beynəlxalq müstəviyə çıxmasına nail oldu. Müasir müstəqil Azərbaycan dövləti yenidən qurularaq bu günkü inkişaf səviyyəsinə gəlib çatdı. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu davam etdirərək Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxara bildi.
Materiallarda Azərbaycanda həyata keçirilən geniş siyasi və iqtisadi islahatlardan da bəhs olunub. Vurğulanıb ki, Cümhuriyyətin siyasi varisi olan müasir Azərbaycan Respublikasında çoxpartiyalı parlament formalaşıb, söz və mətbuat azadlığı təmin edilib. Azərbaycan bu gün beynəlxalq aləmdə öz layiqli yerini tutub.

banner

Oxşar Xəbərlər